
BAKI, 17 iyun. TELEQRAF
Kanada hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Kanada hökumətinin məlumatında qeyd olunur.
Oçeretnaya 1983-2013-cü illərdə Rusiya prezidenti ilə evli olub. Onun hazırkı əri, iş adamı Artur Oçeretnı da sanksiya siyahısına daxil edilib. Agentlik qeyd edib ki, məhdudiyyətlər dövlət başçısının uzaq qohumları - Mixail Putin və Mixail Şelomova qarşı da tətbiq edilib.
Bundan başqa, Kanada hakimiyyəti Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin qızı Tatyana Yumaşevanı) sanksiya siyahısına əlavə edib . Onun üçüncü əri Valentin Yumaşev də siyahıdadır .