BAKI, 10 iyun. TELEQRAF

Rusiya və ABŞ iki ölkə arasında mövcud gərginliyi azaltmaq məqsədilə ikitərəfli məsləhətləşmələrin Moskva və Vaşinqtonda davam etdirilməsi barədə ilkin razılıq əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev məlumat verib.

“Qeyd etmək lazımdır ki, müəyyən irəliləyiş var. Bu irəliləyişin real nəticəsi var, aprelin 10-da İstanbulda keçirilən son görüş zamanı tərəflər məsləhətləşmələrin paytaxtlarda keçirilməsi ilə bağlı ilkin qərar qəbul ediblər”, – o bildirib.

Səfirin sözlərinə görə, bu addım tərəflər arasında dialoqun bərpası və qarşılıqlı etimadın formalaşdırılması üçün yeni imkanlar yarada bilər.