BAKI, 7 iyun. TELEQRAF
Müharibədən əziyyət çəkən bir qrup ukraynalı uşaq istirahət və reabilitasiya üçün Özbəkistana yollanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Özbəkistandakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, uşaqlar və onları müşayiət edənlər paytaxt Daşkənddə 12 gün qalacaqlar.
Qrupun tərkibində Ukraynanın cəbhəyanı rayonlarından - Xarkov, Xerson, Nikolayev, Zaporojye, Sumı, Xmelnitski, Lvov və Kiyevdən olan şəxslər yer alıb.