BAKI, 7 iyun. TELEQRAF

İyunun 7-nə keçən Rusiya ordusu genişmiqyaslı müharibənin bütün dövrü ərzində Xarkova ən kütləvi hücum həyata keçirib.

Teleqraf "RBC Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov və Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

Məluamata görə, şəhərə PUA-lar, idarə olunan bombalar və raketlərlə zərbələr endirilib. Təxminən iki saat ərzində Xarkovda ən azı 55 partlayış baş verib, yanğınlar başlayıb.

Kütləvi hücum zamanı azı 1 şəhər sakini ölüb, xeyli sayda yaralıların olduğu bildirilir. Xəsarət alanlar arasında 14 yaşlı yeniyetmə qız da olub.