BAKI, 3 iyun. TELEQRAF

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Ukraynaya gedib.

Teleqraf xəbər verir ki, o, səfər çərçivəsində Ukraynan xarici işlər naziri Andriy Sibiha və ölkənin energetika naziri Herman Qaluşenko ilə görüşüb.

Qrossu Qaluşenko ilə Ukraynanın enerji infrastrukturunun bərpasını müzakirə edib.

Bundan əlavə, o, xarici işlər naziri ilə görüşdə Ukraynanın nüvə təhlükəsizliyinə dəstək, o cümlədən MAQATE mütəxəssislərinin Zaporijye AES-də daimi iştirakı müzakirə olunub.

Bildirilib ki, bu, Agentlik rəhbərinin Ukraynaya 12-ci səfəridir.