BAKI, 8 oktyabr. TELEQRAF

“Sülh sazişi müharibəni dayandıra bilər, lakin o, müharibənin bütün nəticələrini öz-özlüyündə həll edə bilməz”.

Teleqraf xəbər verir ki, bunu Monteneqronun keçmiş müdafiə naziri Milica Pejanovic Djurisic “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın ikinci günü təşkil olunan panel sessiyada deyib.

O bildirib ki, itkin şəxslər məsələsinə yalnız sülh prosesindən sonra həll edilməli məsələ kimi yanaşılmamalıdır: “Bu məsələ sülh prosesinin özünün bir hissəsi olmalıdır. Bu prosesə məhkəmə-tibb ekspertlərini, hərbi qulluqçuları, mülki şəxsləri, humanitar təşkilatları və ən əsası, itkinlərin ailələrini cəlb etmək mümkündür. Belə praktiki əməkdaşlıq formaları vasitəsilə etimad vədlər əsasında deyil, konkret fəaliyyətlər nəticəsində formalaşmağa başlaya bilər”, - sabiq nazir vurğulayıb.