BAKI, 8 oktyabr. TELEQRAF

Azərbaycanda Genetik araşdırmalar mərkəzinin laboratoriyası ISO/IEC 17025:2017 beynəlxalq standartına uyğun akkreditasiyadan keçib.

Teleqraf xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb baş idarəsinin rəisi, general-mayor Rüfət Əliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın ikinci günü keçirilən panel sessiyada deyib.

O bildirib ki, laboratoriya 2024-cü ilin may ayında akkreditasiya olunaraq sertifikatlaşdırılıb:

“Bioloji materialların idarə edilməsində beynəlxalq keyfiyyət standartlarına uyğunluğu təmin etmək məqsədilə ISO 20387 standartının tətbiqi və akkreditasiyası üzrə hazırlıq mərhələləri də tamamlanıb. Bu ilin noyabrında müvafiq akkreditasiya prosesinin keçirilməsi gözlənilir”.