BAKI, 8 oktyabr. TELEQRAF
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov Türkiyənin xarici işlər nazirinin müavini Levent Gümrükçü ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfirliyin "X" platformasında məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf perspektivləri, eləcə də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında mövcud strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.