BAKI, 3 iyun. TELEQRAF

İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar heç bir nəticə olmadan başa çatıb. Məhbus mübadiləsinə dair razılaşmaya baxmayaraq, Kreml Kiyevin tam təslim olmasını tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə nüfuzlu CNN telekanalı məlumat yayıb.

Bildirilir ki, Moskva Ukraynanın kapitulyasiyasını tələb edir, bu da Trampın planlarına daxil deyil. İndiki durumda Rusiyaya daha çox sanksiyalar tətbiq edilə bilər. Ukraynaya hərbi yardımın artırılması da gündəmdədir.

Qeyd edək ki, danışıqlar zamanı Rusiya Ukrayna tərəfinə ciddi tələblərlə - Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, NATO-ya üzv olmaqdan imtina, tam demilitarizasiya və xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulması ilə bağlı yeni memorandum irəli sürüb.

Ukrayna hökuməti bu şərtləri qəti şəkildə rədd edir.