BAKI, 23 aprel. TELEQRAF
ABŞ administrasiyası Britaniyadan Amerika avtomobillərinə tətbiq edilən tarifləri 10%-dən 2,5%-ə endirməyi tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Nəşrin məlumatına görə, Vaşinqton Londondan Amerika məişət mallarının idxalı üçün şərtləri yumşaltmağa və malların mənşəyinin müəyyən edilməsi qaydalarına yenidən baxmağa çağırır.
ABŞ hazırda Böyük Britaniyadan idxal olunan mallara 10% rüsum tətbiq edir.