BAKI, 23 aprel. TELEQRAF

ABŞ nümayəndə heyəti Ukraynaya ultimatum təqdim etmək üçün Londona gedir.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “İndependent” nəşri yazır.

"ABŞ-nin Dövlət katibi Marko Rubio açıq şəkildə bildirdi ki, ölkəsi sülh danışıqlarında irəliləyiş olmadığı təqdirdə vasitəçi rolundan əl çəkməyə hazırdır. O, danışıqlar üçün deyil, Rusiyanın xeyrinə ultimatum təqdim etmək üçün heyətini göndərir", - nəşr qeyd edib.

İddia olunur ki, görüş zamanı Ukrayna nümayəndələrinə Krımı Rusiya kimi tanımaq, həmçinin NATO-ya üzv olmaq planlarından imtina etmək tələb oluna bilər.