BAKI, 3 aprel. TELEQRAF

Hələb vilayətində Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında toqquşma olub.

Teleqraf xəbər verir ki, bu barədə “Al Ekhbariya” məlumat yayıb.

Qeyd olunur ki, qarşıdurma Neyrab fələstinli qaçqın düşərgəsi ərazisində baş verib.

Aprelin 1-də Dəməşqin kənarında ölkənin yeni hakimiyyət orqanlarının təhlükəsizlik qüvvələrinin patrulu Əsəd tərəfdarları tərəfindən atəşə tutulub.