
GORANBOY, 9 aprel. TELEQRAF
Goranboyda 39 yaşlı kişi intihara cəhd edib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Yeni Veyisli kəndi ərazisində baş verib.
1986-cı il təvəllüdlü Kəlbəcər rayon sakini Xudiyev Xəlil Şükür oğlu özünə kəsici alətlərlə xətər yetirib və ardınca sirkə içərək intihara cəhd edib.
Ağır durumda xəstəxanaya çatdırılan kişi dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.