
BAKI, 9 aprel. TELEQRAF
Aprelin 8-də Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan NATO-nun Gürcüstandakı Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikovu və ofisin siyasi məsələlər üzrə əməkdaşı Arkadyuş Legiçi ilə görüşüb.
Teleqraf Ermənistan mediasına istinadən xəbər verir ki, tərəflər Ermənistan-NATO əməkdaşlığı və Ermənistanla Azərbaycan arasında sülh sazişini, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər.