BAKI, 9 aprel. TELEQRAF

İndoneziyada 5 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Qeyd edilir ki, yeraltı təkanların episentri General Santos şəhərindən 156 km cənub-şərqdə yerləşib. Mənbə 10 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.