
BAKI, 9 aprel. TELEQRAF
"Aprelin 10-da İstanbulda keçiriləcək danışıqlarda Rusiya və ABŞ nümayəndə heyətləri Ukraynanı deyil, səfirliklərin işini müzakirə edəcəklər".
Teleqraf xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bruce brifinqdə bildirib.
“Ukrayna məsələsi qətiyyən gündəmdə deyil: “Danışıqlar yalnız səfirliklərin işinə yönəlib”,- Bruce deyib.
Bruce vurğulayıb ki, tərəflər diplomatik missiyaların işinin daha da sabitləşdirilməsində irəliləyiş əldə etməyə çalışacaqlar.
Dövlət Departamentinin rəsmisi əlavə edib ki, ikitərəfli münasibətlərin normallaşması yalnız Ukraynadakı münaqişə həll edildikdə baş verə bilər.