BAKI, 9 aprel. TELEQRAF

Dünya bazarında “Brent” markalı neftin bir barrelinin qiyməti 2021-ci il aprelin 7-dən bəri ilk dəfə 62 dollardan aşağı düşüb.

Teleqraf xəbər verir ki, bunu Londonun ICE birjasında ticarət məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 23:17-yə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 4,01% azalaraq bir barel üçün 61,78 dollar olub.