BAKI, 9 aprel. TELEQRAF

Macarıstan və Ukrayna arasında yeni sərhəd keçid məntəqəsi açılıb.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstan dövlət katibi Levente Magyar öz "Facebook" səhifəsində məlumat verib.

O qeyd edib ki, Nagyhodos-Nagypálad (Böyük Paladi) sərhəd keçid məntəqəsi 10 ildən artıq hazırlıqdan sonra açılıb.

Magyarın fikrincə, “Zakarpatiyanın səbirli macarları” üçün bu, “vətənlə yeni əlaqə” deməkdir. O, Macarıstan-Ukrayna münasibətlərinin çətin olmasına baxmayaraq, sərhəd keçidinin açılmasının mümkün olduğunu vurğulayıb.