
BAKI, 9 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun iyunun 14-də qeyd olunacaq 250 illik yubileyi münasibətilə paytaxt Vaşinqtonda möhtəşəm hərbi parad keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, verir ki, həmin günü Ağ Ev rəhbərinin 79 yaşı tamam olacaq.
Tədbirin planları haqqında ilk məlumat verən “Washington City Paper” qəzetinə görə, parad marşrutu ABŞ Müdafiə Nazirliyinin Vaşinqtonun Arlinqton ətrafındakı qərargahından Ağ Evə qədər (6,5 km) uzanacaq.
Almaniyanın "Deutsche Welle" qəzeti xəbər verir ki, yerli administrasiya hərbi paradın proqramlarının mövcudluğunu təsdiqləsələr də, onların hələ ratifikasiya olunmadığını bildiriblər.