BAKI, 9 aprel. TELEQRAF

İdxal məhsullarına tətbiq edilən gömrük rüsumları nəticəsində gündəlik 2 milyard dollar qazanırıq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib.

“Rüsumlar haqqında bilmək istəyənlərin nəzərinə! Gündə təxminən 2 milyard dollar əldə edirik, gündə 2 milyard dollar... Bizdə hər şey çox yaxşıdır”, – deyə, Tramp qeyd edib.

Tramp onu da bildirib ki, bir çox ölkələr Vaşinqtonla ticarət razılaşmaları bağlamaq istəyir: "Bizim onların hamısını qəbul etməyə vaxtımız yoxdur. Buna ehtiyacımız da yoxdur. Pul ölkəyə heç vaxt olmadığı kimi axır".