
BAKI, 22 mart. TELEQRAF
Avropa İttifaqı (Aİ) Ukraynada müstəqil KİV-lərin dəstəklənməsi üçün maliyə vəsaiti ayıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyindən bildirib.
Məlumata görə, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarını dayandırmasından sonra blok ölkələri Ukraynada müstəqil mediaya dəstəyi gücləndirmək məqsədilə 10 milyon avro həcmində yeni maliyyə paketini artıq təqdim edib.
“Bu təşəbbüs müstəqil jurnalistlərə və KİV-lərə subqrantlar vasitəsilə dəstək göstərəcək bir sıra media təşkilatlarına qrantlar verəcək", - məlumatda qeyd olunub.