BAKI, 25 oktyabr. TELEQRAF
Nigeriyanın cənub-şərqində yerləşən Taraba ştatında silahlı şəxslərin kəndə hücumu nəticəsində azı 40 dinc sakin həyatını itirib. H
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə “Premium Times” qəzeti hüquq müdafiəçilərinə istinadən məlumat yayıb.
Məlumata görə, silahlı qrup Kərim Lamido rayonundakı Binnari kəndinə hücum edib. Hücum edənlər qonşu Plato ştatından inzibati sərhədi keçərək əraziyə daxil olublar. Onlar kəndlilərin əkin sahələrini yandırıb, evlərini və mağazalarını dağıdıb, dinc sakinləri fərq qoymadan öldürüblər.
Hadisə şahidlərinin sözlərinə görə, itkilərin sayı daha çox ola bilər. Belə ki, bir çox sakin itkin düşmüş hesab olunur. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.