BAKI, 25 oktyabr. TELEQRAF
Serbiyada növbədənkənar parlament seçkilərində yerli vaxtla saat 18:00-a olan məlumata görə, seçici fəallığı 64,89 faiz təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Serbiyanın Respublika Seçki Komissiyası məlumat yayıb.
2023-cü ildə keçirilən parlament seçkilərində yerli vaxtla saat 18:00-a qədər seçicilərin 51,91 faizi səs vermişdi.
Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Respublika Seçki Komissiyası ümumilikdə 6 milyon 451 min 292 seçicini qeydə alıb. Seçkilərdə dörd il müddətinə parlamentin 250 deputatı seçiləcək.
Seçkilərdə əsas rəqiblərin hakim Serb Tərəqqi Partiyasının “Birləşmiş Serbiya” siyahısı və “Tələbə siyahısı” birliyi olacağı gözlənilir. “Birləşmiş Serbiya” siyahısı sentyabrın 27-də prezident vəzifəsindən istefa vermiş Aleksandar Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvə ilə əlaqələndirilir. “Tələbə siyahısı”nda namizədlərin ilk sırasında Novi-Saddan olan kardioloq İliya Srdanoviç yer alır.