BAKI, 26 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin hökumətin yeni tərkibinə daxil olan nazirlərlə ayrıca görüş keçirmək planı yoxdur.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hökumət üzvləri onsuz da dövlət başçısı ilə daim təmasdadırlar.
“Hələlik belə bir plan yoxdur. Orada yeni kim var ki? Hamısı Putinlə daimi əlaqədə olan şəxslərdir”, – Peskov deyib.
Kreml sözçüsü Baş nazir Mixail Mişustinin hökumət üzvlərinə uyğunlaşmaq üçün əlavə vaxt verilməyəcəyi barədə fikirlərini də xatırladıb.
“Buna görə də ayrıca görüşə ehtiyac yoxdur”, – o vurğulayıb.