BAKI, 26 oktyabr. TELEQRAF
Bolqarıstanda keçirilən prezident seçkilərinin birinci turunda hazırkı Prezident İliyana Yotova liderlik edir.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) ilkin rəsmi nəticələri açıqlayıb.
Seçki komissiyalarının protokollarının 7,37 faizinin işlənməsindən sonra prezidentliyə namizəd İliyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Vılçev 35,504 faiz səs toplayıb.
Onların əsas rəqibləri Andrey Gyurov və Georgi Kandev isə 30,289 faiz səslə ikinci yerdə qərarlaşıblar.
Üçüncü yerdə 13,519 faiz səslə Kostadin Kostadinov və Petır Volgin qərarlaşıb.
Məlumata görə, nəticələr oktyabrın 25-i yerli vaxtla saat 23:00-a olan göstəriciləri əks etdirir.
Namizədlərdən heç birinin birinci turda mütləq səs çoxluğu qazanmadığı təqdirdə seçkilərin ikinci turu noyabrın 1-də keçiriləcək.