BAKI, 26 oktyabr. TELEQRAF

Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində müxalifətin “Tələbə siyahısı” qalib gəlib.

Teleqraf xəbər verir ki, bunu Serbiyanın sabiq Prezidenti Aleksandar Vuçiç Serbiya Tərəqqi Partiyasının seçki qərargahında çıxışı zamanı açıqlayıb.

“Yekun nəticələr hələ məlum deyil. Çoxları təəccüblənəcək və bəzi şəxslərin nə qədər yalan danışdığını anlayacaqsınız. İlkin hesablamalar göstərir ki, biz bu seçkilərdə məğlub olmuşuq”, – Vuçiç bildirib.

Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, “Tələbə siyahısı” parlamentdə 135–140, rəhbərlik etdiyi siyasi blok isə təxminən 105 mandat qazana bilər.

Vuçiç vurğulayıb ki, açıqlanan rəqəmlər hələlik yekun rəsmi nəticələr deyil.