BAKI, 26 oktyabr. TELEQRAF
Braziliyada prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının funksiyalarını yerinə yetirən Ali Seçki Məhkəməsi səslərin hesablanmasına başlayıb.
Teleqraf xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 17:00-da bağlanıb.
Tam elektron səsvermə sistemindən istifadə edildiyinə və kağız bülletenlər tətbiq olunmadığına görə, ilkin nəticələrin dərhal açıqlanmasına başlanacaq. Ənənəvi olaraq, yekun nəticə və ölkənin yeni prezidentinin adı seçki məntəqələri bağlandıqdan bir neçə saat sonra məlum olur.
Prezident seçkilərinin həlledici ikinci turunda dövlət başçısı postu uğrunda hazırkı prezident, solçu Fəhlə Partiyasının lideri Luis İnasio Lula da Silva və sağçı müxalifətin namizədi, senator Flavio Bolsonaru mübarizə aparıblar.