BAKI, 21 mart. TELEQRAF

ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Vaşinqtondakı qərargahını bağlamağı və əsas funksiyalarını ştatlar arasında bölüşdürməyi düşünür.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, bu addım ABŞ prezident administrasiyasının federal xərcləri azaltmaq kursuna uyğundur.

Kosmik sənaye eksperti Tom Kalliqan qeyd edib ki, NASA üçün əsas təhlükə agentlik daxilində koordinasiyanın itirilməsi ehtimalıdır.