BAKI, 21 mart. TELEQRAF

İnsanları küçə terroruna çağıranlar heç vaxt məqsədlərinə çatmayacaqlar.

Teleqraf xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Ali Yerlikaya öz sosial media hesabında yazıb.

Nazir İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanması ilə bağlı keçirilən nümayişlərdə bu gün Türkiyə daxilində 97 nəfərin saxlanıldığını açıqlayıb.