
BAKI, 21 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və F-16 qırıcılarının satışını bərpa etməyi düşünür.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News Digital" kanalı məlumat yayıb.
Tramp F-16 sövdələşməsinin tamamlanmasına kömək etməyə hazır olduğunu bildirib. Məlumata görə, tərəflər Türkiyə ilə xidmətdə olan Rusiyanın S-400 zenit-raket sistemlərini zərərsizləşdirmək barədə razılığa gələrsə, Ankaraya F-35 qırıcılarının satılacağını istisna olunmur.
“Buna S-400 avadanlığının qismən sökülməsi və ya onun ABŞ-nin nəzarətində olan bazaya köçürülməsi daxil ola bilər”, - deyə kanalın mənbələri bildirib.
Vaşinqton Türkiyənin Rusiyadan S-400-ləri almasından sonra Ankaraya qarşı sanksiyalar tətbiq edib. Bununla da F-35-in satışları dondurulub və Türkiyə təyyarənin istehsal proqramından çıxarılıb.