BAKI, 21 mart. TELEQRAF

İstanbul Vəkillər Kollegiyasının sədri İbrahim Kaboğlu və İdarə Heyəti üzvlərinin vəzifələrinə xitam verilib.

Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" kanalı məlumat yayıb.

Məlumata görə, Vəkillər Kollegiyasının idarə heyəti vəzifəsindən azad edilməsi və yeni idarə heyətinin seçilməsi tələbi ilə açılan məhkəmə iddiası təmin edilib. Beləliklə, məhkəmə Kaboğlu və İdarə Heyəti üzvlərinin vəzifələrindən azad edilməsinə qərar verib.

Qeyd edək ki, İstanbul şəhər Prokurorluğu Suriyada jurnalistlər Nazım Daştan və Cihan Bilginin öldürülməsi ilə bağlı aksiya keçirərkən saxlanılan media nümayəndələri haqqında səsləndirdikləri fikirlərə görə, İstanbul Vəkillər Kollegiyasının sədri İbrahim Kaboğlu və digər rəhbər şəxslər barədə cinayət işi qaldırmışdı. Onlar "Terror təşkilatını təbliğ etmək"də ittiham olunublar.