BAKI, 25 iyun. TELEQRAF

ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Bəhreynin Manama şəhərində keçirilən danışıqlar zamanı İran üçün investisiya fondunun yaradılması ilə bağlı məsələləri müzakirə etməyiblər.

Teleqraf xəbər verir ki, bBu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

ABŞ dövlət katibi Manamada keçirilən görüşdən sonra jurnalistlərə bildirib ki, İranın yenidən qurulması uzaq gələcəkdə baş verəcək: "Bu,Tehran və Vaşinqton arasında davam edən danışıqlar prosesinin bir hissəsi olaraq uyğun vaxtda həll olunmalıdır".

O həmçinin Qətərdə dondurulmuş İran aktivlərin köçürülməsinə dair iddiaları da təkzib edib: "Mənim belə bir köçürmədən xəbərim yoxdur. Hazırda hər hansı bir pulun köçürülməsindən və ya hər hansı bir pulun köçürülməsinə razılıq verməyimizdən xəbərimiz yoxdur".

Qeyd edək ki, İran üçün investisiya fondunun yaradılması Vaşinqton və Tehran tərəfindən imzalanmış anlaşma memorandumunda nəzərdə tutulub. Özəl investisiya fondunun həcmi 300 milyard dollar olacaq və bu məbləğin yarıdan çoxu artıq investor öhdəlikləri ilə təmin edilib.