BAKI, 26 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Con Bolton Merilend ştatının Qrinbelt şəhərində keçirilən məhkəmədə məxfi məlumatlara səhlənkar yanaşdığını etiraf edib.
Teleqraf xəbər verir ki, o, istintaq orqanları ilə razılığa gəlib və ittihamların birində günahını boynuna alıb. Bolton 2 milyon dollardan çox cərimə ödəməyə razılaşıb. Keçmiş müşaviri beş ilə qədər həbs cəzası gözləyir.
Daha əvvəl Federal Təhlükəsizlik Bürosu Boltonun əlində kütləvi qırğın silahları, ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyi və hökumətin strateji kommunikasiyaları da daxil olmaqla məxfi sənədlər tapıldığını bəyan etmişdi. Axtarışlar onun Vaşinqtondakı ofisində və evində aparılıb, kompüterlər və digər elektron cihazlar müsadirə edilib.
Con Bolton 2018-ci ildən 2019-cu ilə qədər Prezidentin Milli Təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb. O, ABŞ xarici siyasətində ən radikal fiqur kimi tanınır və dəfələrlə İrana qarşı sərt tədbirlərin görülməsini müdafiə edib.