BAKI, 26 iyun. TELEQRAF
“İranın İsrailə hücumu onun ən böyük səhvi olacaq”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
Nazirin sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandiri İsmayıl Qəni son günlər durmadan İsraili təhdid edir.
“Nə Hörmüz boğazı, nə də mülki əhaliyə hücumlar İrana kömək edəcək. Heç nə bizi dayandıra bilməz”, - müdafiə naziri qeyd edib.
İsrael Kats İsrail ordusunun işi bitirməyə hazır olduğunu vurğulayıb.