BAKI, 26 iyun. TELEQRAF

“Avropa İttifaqı-Gürcüstan münasibətləri problemlərlə doludur”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

"Avropa İttifaqı ilə münasibətlərə gəlincə, münasibətlər çətinliklərlə doludur. Amma biz Assosiasiya Sazişi və Azad Ticarət Sazişindən irəli gələn öhdəlikləri lazımi şəkildə yerinə yetirmək üçün əlimizdən gələni edirik. Hesabat dövründə bu məsələdə fundamental irəliləyiş əldə etmişik. Gürcüstanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərin 80 faizi, o cümlədən Assosiasiya Sazişindən birbaşa irəli gələn öhdəliklərin 81 faizi artıq yerinə yetirilib. Bu, məsələyə yanaşmamızı göstərir. Ədalətsiz yanaşmaya baxmayaraq, bir çox çətinliklər var, Avropa İttifaqı qarşısında götürdüyümüz öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə davam edirik”, - hökumət başçısı vurğulayıb.