BAKI, 25 iyun. TELEQRAF

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazından dənizçilərin təxliyəsi planını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın baş katibi Arsenio Dominqes açıqlama verib.

"Bölgədəki bütün gəmilər üçün lazımi təhlükəsizlik zəmanətlərinin yerinə yetiriləcəyini bir daha təsdiqləmək üçün təxliyə planının icrasını müvəqqəti olaraq dayandırmaq qərarına gəldik" - A.Dominqes qeyd edib.

Qeyd edək ki, ötən gün Beynəlxalq Dəniz Təşkilatı Hörmüz boğazında qalmış 11 mindən çox dənizçinin təxliyə planının icrasına başlayıb.

Genişmiqyaslı təxliyə əməliyyatı İran, Oman, regionun digər sahilyanı dövlətləri, ABŞ və dəniz sənayesi nümayəndələri ilə sıx koordinasiya şəraitində həyata keçirilib.

Beynəlxalq Dəniz Təşkilatı BMT-nin ixtisaslaşmış qurumudur. IMO ticarət gəmiçiliyinin inkişafında və dəniz hüququnun unifikasiya edilməsində hökumətlərin əməkdaşlığını həyata keçirən beynəlxalq hökumətlərarası təşkilatdır.