AĞDAM, 26 iyun. TELEQRAF
Ağdamda baş verən qəza zamanı 4 nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Qaradağlı kəndində baş verib.
Hərəkətdə olan "VAZ 2107" markalı 10 LK 622 nömrəli avtomobil qarşıdan gələn "VAZ 2107" markalı 90 FJ 958 nömrəli avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə olan 1957-ci il təvəllüdlü Allahverdiyev Mehman Ərşad oğlu, 1986-cı il təvəllüdlü Abbasov Coşqun Allahverdi oğlu, 1986-cı il təvəllüdlü Yusifov Anar Qüdrət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Nahid Vahid oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
Yaralılar hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır