BAKI, 26 iyun. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Sinqapur bayrağı altında üzən yük gəmisinə hücum edib.

Teleqraf xəbər verir ki, "The Wall Street Journal" qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, insident cümə axşamı baş verib.

Nəşrin məlumatında bildirilir ki, SEPAH Hörmüz boğazında hərəkətdə olan Sinqapur bayraqlı yük gəmisini hədəfə alıb. Hücumun nəticələri, gəminin vəziyyəti və mümkün zərərçəkənlərlə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, bundan bir gün əvvəl ABŞ-nin energetika naziri Kris Rayt son 24 saat ərzində daha 72 kommersiya gəmisinin Hörmüz boğazından keçdiyini açıqlamışdı.