İSMAYILLI, 26 iyun. TELEQRAF
İsmayıllıda batan 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
17:27
Yuxarı Şirvan kanallının İsmayıllı rayonundan keçən hissəsində 23 yaşlı gənc batıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə kanalın Quba Xəlilli kəndi ərazisindın keçən hissəsində baş verib.
2003-cü il təvəllüdlü rayon sakini Məhərrəmov Rəvan Vaqif oğlu Yuxarı Şirvan kanalında batıb.
FHN-nin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıb.
Faktla bağlı araşdırma aparılır.