BAKI, 26 iyun. TELEQRAF
Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” blokunun axtarışda olan deputatlığa namizədi Artur Abramyan tapılaraq saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi tərəfindən aparılan cinayət işi çərçivəsində “Güclü Ermənistan” blokundan 6 deputatlığa namizədə qarşı cinayət işi başlanıb. Cinayət işi çoxsaylı şəxslərin maddi maraqları və külli miqdarda çirkli pulların yuyulması ilə bağlıdır.
İlkin istintaq zamanı onlardan 2-si həbs edilərkən, qalan 4 nəfər barəsində axtarış üçün order verilmişdi.