BAKI, 26 iyun. TELEQRAF

Üzv ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətinin dayandırılması və ya qurumdan xaric edilməsi prezidentlər səviyyəsində Kollektiv Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aiddir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev yerli mediaya müsahibəsində bildirib.

"Üzvlüyün dayandırılması və ya ölkəni xaric etmək məsələsi Kollektiv Təhlükəsizlik Şurası, yəni prezidentlər tərəfindən həll olunur", - deyə o bildirib.

Qeyd olunur ki, iki il əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını elan etmişdi. Amma o, müddət göstərməmişdi.