BAKI, 25 iyun. TELEQRAF

ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Hörmüz boğazında tranzit rüsumlarının tətbiq edilməsi cəhdlərinə qarşı çıxıblar.

Teleqraf xəbər verir ki, bu barədə Manamada keçirilən nazirlər görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

"Nazirlər Hörmüz boğazının açılmasının vacibliyini vurğulayaraq qeyd ediblər ki, qeyd-şərtsiz və məhdudiyyətsiz gəmiçilik azadlığı regional və qlobal təhlükəsizlik üçün əsas olaraq qalır. Nazirlər boğaz üzərində hər hansı bir rüsum, vergi tətbiq etməyi və ya nəzarəti ələ keçirmə cəhdlərini rədd ediblər", - deyə sənəddə qeyd edilib.

Tərəflər həmçinin Omanın və Beynəlxalq Dəniz Təşkilatının (IMO) boğazda qalan 11 mindən çox dənizçinin təxliyəsi ilə bağlı birgə təşəbbüsünü alqışlayıblar.