BAKI, 26 iyun. TELEQRAF

Bakıda keçiriləcək “UFC Fight Night” turnirindən əvvəl idmançıların üz-üzə görüşü baş tutub.

Teleqraf xəbər verir ki, tədbir yarışın keçiriləcəyi Milli Gimnastika Arenasında təşkil olunub.

MMA idmançıları rəqibləri ilə üz-üzə gəlib, həmçinin son dəfə çəkidən keçiblər.

Qeyd edək ki, “UFC Fight Night Baku” iyunun 27-də keçiriləcək. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.