BAKI, 25 iyun. TELEQRAF
Moskva Vaşinqtonla təmaslarında Ukraynaya silahların verilməsinin regional və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələrə səbəb ola biləcəyini qeyd edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
"Vaşinqtonla əlaqələrimizdə dəfələrlə qeyd etmişik ki, Kiyev rejiminə hərbi texnikanın ötürülməsi regional və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər və ölkəmizin bu cür karvanları qanuni hərbi məqsəd kimi gördüyünü vurğulayırıq", - deyə o bildirib.
Zaxarova əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri 22 iyunda Voronejə hücumlar zamanı Qərb silahlarından istifadə edib.