BAKI, 26 iyun. TELEQRAF
BMT-nin Baş katibi Antonio Quterreş Venesuela xalqı ilə həmrəy olduğunu bildirərək təşkilatın ölkəyə yardım göstərməyə hazır olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqes məlumat verib.
Rodriqes bildirib ki, Antonio Quterreşlə telefon danışığı aparıb və Baş katib Venesuelada baş verən dağıdıcı zəlzələ ilə əlaqədar dərin hüznünü və başsağlığını ifadə edib.
"BMT-nin Baş katibi Venesuela xalqı ilə dərin həmrəyliyini ifadə etdi və təşkilatın bütün imkanlarını, o cümlədən ixtisaslaşmış agentliklərini ölkəmizə yardım göstərmək üçün səfərbər etməyə hazır olduğunu bildirdi", - deyə Rodriqes qeyd edib.
Xatırladaq ki, iyunun 24-də Venesuelanın Yarakuy ştatında 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 188 nəfər ölüb, 1520 nəfər yaralanıb, ölkədə fövqəladə vəziyyət elan edilib və La-Quayra ştatı fəlakət zonası elan olunub.