BAKI, 26 iyun. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda artıq neytral vasitəçi kimi çıxış etmək niyyətində olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Makronun çıxışı Yelisey sarayının "YouTube" kanalında yayımlanıb.

Fransa liderinin sözlərinə görə, ABŞ ilk dəfə olaraq neytral vasitəçi statusunda olmadığını əks etdirən sənədi təsdiqləyib.

"Birləşmiş Ştatlar ilk dəfə elə bir mətni təsdiqlədi ki, orada onların artıq neytral vasitəçi olmadığı, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi, Kiyevə hərbi və enerji yardımı göstərdiyi, həmçinin Rusiyaya qarşı sanksiyaları dəstəklədiyi qeyd olunur", - deyə Makron bildirib.