BAKI, 26 iyun. TELEQRAF

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

"Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. Vəziyyəti ağır stabildir",-deyə məlumatda qeyd edilib.