BAKI, 26 iyun. TELEQRAF
“İran ABŞ-nin istənilən səhvinə sərt cavab verəcək”.
Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin Xuzistan vilayəti üzrə nümayəndəsi Məhəmməd Nəbi Musəvifərd deyib.
“Düşmən istənilən səhvində sərt cavabla üzləşəcək. Amerikanın regionda qalan bazaları, eləcə də İsrail İran raketlərinin hədəf dairəsindədir”, - o bildirib.
Musəvifərd əlavə edib ki, ABŞ ilə danışıqlar üzrə İran nümayəndə heyəti ancaq Ali rəhbər Müctəba Xameneinin irəli sürdüyü şərtlər əsasında müzakirə aparır. O vurğulayıb ki, ABŞ razılaşmaya əməl etməsə, İran əvvəlki mövqeyinə qayıdacaq.