BAKI, 25 iyun. TELEQRAF
Türkiyədə ictimai iaşə obyektlərindən menyularında hər bir yeməyin tam tərkibi və kalori miqdarını qeyd etmək tələb olunacaq.
Teleqraf yerli mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi qərar qəbul edib.
Yeni tələbin tətbiqinə iyulun 1-dən başlanılacaq.
Məlumata görə, həm ənənəvi, həm də QR-kod vasitəsilə əlçatan olan elektron menyularda hər bir yeməyin bütün tərkibi, eləcə də kalori miqdarı göstərilməlidir.
Bu tələblər 2026-cı il dekabrın 31-dək eyni regionda üç və daha çox filialı olan restoranlara şamil ediləcək. 2027-ci ilin sonunadək isə ölkənin bütün ictimai iaşə obyektləri istisnasız olaraq bu qaydalara əməl etməlidir.
Qeyd edək ki, yeni standartlara əməl etməyən obyektlər üçün cərimələr nəzərdə tutulub, lakin onların məbləği açıqlanmayıb.