
BAKI, 20 mart. TELEQRAF
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) siyasi rəqib kimi baxır.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boçka “Financial Times” qəzetinə müsahibəsində bildirib.
"Bir çoxları Tramp administrasiyasının Avropa təsisatlarına qarşı düşmənçiliyinin miqyasını lazımi səviyyədə qiymətləndirməməklə səhvə yol verir. Tramp Aİ-ni yalnız maraqları ziddiyyət təşkil edən beynəlxalq qrup olaraq görmür, həm də ona siyasi rəqib kimi baxır və bu yanaşmaya uyğun davranır", - siyasətçi qeyd edib.
Onun fikrincə, Trampın Rusiya ilə yaxınlaşması təkcə geosiyasi deyil, həm də ideoloji səbəblərlə bağlıdır.